Yekaterinburqda Azərbaycan diasporunun üzvləri barədə qərar verildi

Yekaterinburqda Azərbaycan diasporunun üzvləri barədə qərar verildi
DÜNYA
20:21 17.10.2025
174
Yekaterinburqun (Rusiya) Verx-İsetski rayon məhkəməsi illər öncə baş vermiş qətldə təqsirləndirilən Azərbaycan vətəndaşlarının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

Bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birgə mətbuat xidmətləri məlumat yayıb.

"Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək", - məhkəmədən bildirilib.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR