Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
SOSİAL
17:35 28.06.2025
410
"Qara maskalı”lar bizə dedilər ki, qol çəkib Ukrayna ilə müharibəyə getməlisiniz. Qol çəkməsəniz, sizin bütün bədəninizi qırıq-qırıq edəcəyik”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Vüqar Səfərov bildirib.

O, iyunun 27-də səhər saatlarında baş verən hadisənin təfərrüatlarını danışıb:

"Evdə yatmışdıq, səhər saat 5-də qapı döyüldü. Gördük ki, qapını qırırlar. Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə. Bizi elektroşokla vurdular. "Dubinka” ilə, "montirovka” ilə döyürdülər. Evdəki stolları belimizdə qırdılar. Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, "Qazel”ə uzandırdılar, atamı başqa maşınlar apardılar. "Qazel” içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər. Bölməyə çatana kimi döydülər. Çatdıq, bizi qaldırdılar beşinci mərtəbəyə. Orda da həmin şiddəti tətbiq etdilər. "Toka” verdilər, elekroşokla vurdular. "Dubinka, "remen”lə vurdular. İt yerinə qoymurdular. Bizi iki qardaş - mən və qardaşım Məhəmmədi bir otaqdaydıq, atam Məzahir Səfərovu isə başqa yerə apardılar. Gördüm ki, atam qışqırır. Atama "tok” verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə "tok” verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər. Bir anda eşitdim ki, deyirlər ölənlər var. "İki nəfər öldü” deyirdilər. Fikirləşdim ki, ay Allah, bu kimlərdi? Axşam saat 9 olardı, gördüm atama qışqırırlar ki, "Sənin qardaşlarını, oğlanlarını, hamını öldürəcəyik, günahını etiraf elə, imza at”.

Vüqar Səfərovun sözlərinə görə, onlara bildirilib ki, Ukrayna ilə müharibəyə getməlidirlər: "Bizə dedilər ki, indi idarədən gəlirlər, bizə SVO-ya (xüsusi hərbi əməliyyat-Ukrayna cəbhəsi-red) getməliyik. Müqavilə bağlayacağıq, qol çəkəcəksən. Müqaviləyə qol çəkməsən, sizi qırıq-qırıq edəcəyik. Qol çəksən, sizi səhər müharibəyə göndərəcəyik. Bu vaxt atam gəldi. Onun qabırğalarını qırmışdılar. Arxasında təcili tibbi yardım maşını çağırmışdılar. Atam dedi ki, sizi buraxacaqlar, evdəkilər sizə əmanət. Atam danışa bilmirdi, nəfəs ala bilmirdi. Atam onlardan soruşdu ki, 100 faiz uşaqlarımı, qardaşlarımı buraxacaqsınız, dedilər "hə”. Bizi buraxdılar, amma əmimgili buraxmadılar. Çıxanda da eşitdim ki, iki əmim rəhmətə gedib”.

V. Səfərov onlara işgəncə verənlərin özlərini təqdim etmədiklərini, "Rosqvardiya”nın binasına apardıqlarını söyləyib: "Biz idarədən çıxanda yeriyə bilmirdik. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu gəlmişdi. Onlarla birlikdə oradan çıxdıq”.

V. Səfərov qohumları Kamal Qədimalı oğlu Səfərovun hazırda xəstəxanada olduğunu da bildirib: "Kamalın da ürəyində stend var. Ona o qədər "tok” veriblər ki, vəziyyəti pisləşib. Götürüb aparıb ürək xəstəxanasında əməliyyat etdiriblər. İndi polislər onun yanındadır. Dediklərinə görə, əməliyyatdan sonra ayılıb. Başqa heç kəsdən xəbər yoxdur”.

V. Səfərov bu hadisə nəticəsində iki nəfərin, əmiləri Ziyəddin və Hüseyn Səfərovların öldüyünü bildirib. Onun sözlərinə görə, dörd nəfər də hazırda xəstəxanadadırlar: "Onlardan birinin adı Əzizdir, Biləsuvar rayonundandır. Digərinin adı isə Əhlimandır. O isə Masallı rayonundandır. O birilərini isə tanımıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür