Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı

Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
HADİSƏ
21:27 15.07.2025
581
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən "Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "E1.ru" məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü məlum deyil.

Hazırda o, İstintaq Komitəsində dindirilir.
OXŞAR XƏBƏRLƏR