Yel Çərşənbəsində azyaşlı qız tonqala yıxılıb

Yel Çərşənbəsində azyaşlı qız tonqala yıxılıb
SOSİAL
23:41 08.03.2022
444
Goranboyda 8 yaşlı qız yanıq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

2014-cü il təvəllüdlü Aylin Musazadə çərşənbə tonqalından tullanmaq istəyərkən yıxılaraq yanıq xəsarəti alıb.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR