Yelena Sidorenko namizəd olacağı dairəni açıqladı

Yelena Sidorenko namizəd olacağı dairəni açıqladı
SOSİAL
14:29 09.01.2020
4511
Tanınmış jurnalist Yelena Sidorenko Parlament seçkilərində namizəd olacağı dairəni açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, o 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizəd olmaq iddiasındadır. O artıq sənədlərini DSK-ya təqdim edib.

Yelena namizədliyi haqda deyib: 

"Həyatımda yeni tarix yazılır. Rəhmətlik atam 16 yaşım olanda ağır xəstə idi. Hər gün məktəbdən evə qaçıb, onun yeməyini verərdim, ordan da işə qaçardım. Evdə olanda isə universitetə hazırlaşırdım. Atamın bir xahişi var idi: SİDORENKO soyadını tanıtdır, layiqli övlad olduğunu sübut et. İlk xahişini yerinə yetirdim, indi də ikincisinin reallaşdırılması üzərində çalışıram. Növbədənkənar parlament seçkilərinə həyat yoldaşımın EYVAZLI soyadı ilə qatılıram, Allaha ümid edirəm ki, yolumu özü açacaq inşallah. İmzatoplama prosesində mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Məni irəliyə aparan yaxınlarımın və seçicilərimin duaları olacaq. Allah bütün duaları qəbul eləsin, inşallah Vətənizimə xeyirli övlad ola bilək!!!

Qeyd edək ki, həmin dairədən deputat Rüfət Quliyevdir.
OXŞAR XƏBƏRLƏR