Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir.
AZXEBER.COM xəbər verir ki, bu dəfə Bank Masallıda rəqəmsal konseptli yeni filialını yerli sakinlərə təqdim etdi. Bankın digər filialları kimi "Parlaq Bankçılıq” şüarına uyğunlaşdırılmış Masallı filialı da yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.
Rəqəmsal filialın ənənəvi analoqlarından əsas
üstünlüyü ondadır ki, burada bank əməliyyatları xəzinə olmadan aparatlar vasitəsilə
aparılır. Müştərilər nağd pul, biznes kreditləri, Yelo debet kart və digər
məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan
vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər edə bilirlər. Yeni filial
Masallı şəhəri, Heydər Əliyev prospekti 220 ünvanında yerləşir.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov
yeni filial ilə bağlı fikirlərini bildirərək qeyd etdi ki, "Yelo-nun əsas
missiyası Azərbaycanın hər bir guşəsinə parlaq bankçılıq təcrübəsini gətirməkdir.
Biz Masallıdakı potensial sahibkarlığı dəstəkləmək məqsədilə onların ehtiyacına
uyğunlaşdırılmış sürətli və səmərəli bank həlləri hazırlamışıq. Bu yeni
filialımızla regionun böyüməsini dəstəkləmək, potensial biznes imkanlarını gücləndirmək
və gündəlik bankçılığı hər kəs üçün daha sadə və əlçatan etməyi hədəfləmişik.
Filialın rəqəmsal konseptli olmasının nağdsız ödənişlərin inkişafına təkan verəcəyinə
də inanıram”.
Xatırladaq ki, bu il Yelo Bank Xaçmaz və Tovuz
filiallarını da istifadəyə verib. Hazırda Yelo Bank-ın 19 filialı və bir özünəxidmət
mərkəzi fəaliyyət göstərir. Bank ölkənin digər bölgələrində xidmət şəbəkəsini
eyni konseptdə genişləndirməyə davam edəcək.
Aqro kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!