Korporativ Sosial Məsuliyyət strategiyasına sadiq qalan Yelo Bank insan kapitalının inkişafını dəstəkləyəcək daha bir addım atıb.
AZXEBER.COM xəbər verir ki, Bank həm peşəkar həyatda, həm də cəmiyyətdə bərabərliyi
təşviq edən Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs)
qoşuldu. WEPs, BMT Qadınlar və BMT Qlobal Saziş tərəfindən hazırlanmış qlobal təşəbbüsdür.
Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova belə pozitiv
missiyada BMT ilə eyni yolda addımladıqlarını vurğulayıb: "Yelo Bank olaraq
Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmaqdan qürur
duyuruq. Qadınlar həm cəmiyyətdə, həm də kiçik və orta sahibkarlığın
inkişafında aparıcı qüvvədir və Yelo Bank olaraq onların sahibkarlıq ruhunu dəstəkləməyə
çox şadıq. Bizim üçün bərabərlik və inklüzivlik sadəcə sözlər deyil, bankımızın
bütün fəaliyyət sahələrinə, şöbə və departamentlərinə nüfuz etmiş əsas dəyərlərdir.
Biz bu layihə çərçivəsində maneələri aradan qaldıran, qadınları gücləndirən və
onları rəhbər vəzifələrə sövq edən imkanlar yaratmağı hədəfləyirik. Bu əməkdaşlığın
hər kəsin inkişaf etmək şansının olduğu, daha gözəl və daha ədalətli gələcəyə
parlaq işıq tutacağına inanıram”.
Qeyd edək ki, Yelo Bank şirkət daxilində gender bərabərliyini təşviq edir,
qadınların təhsil və peşəkar inkişafı üçün bir sıra layihələri dəstəkləyir.
WEPs imzaçısı kimi Bank gender bərabərliyinin inkişaf etdirmək və müsbət dəyişikliklər
üçün fəaliyyət planı hazırlamağı öhdəsinə götürür.
Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda
BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin
Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə
İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir.
Kiçik biznes krediti iləmaraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!