Yelo Bank-dan əmanət təminatlı kredit

İQTİSADİYYAT
15:51 24.11.2021
170
Yelo Bank "Öncə müştəri” dəyərinə sadiq qalaraq sərfəli şərtlərlə yenilənmiş "Əmanət təminatı ilə kredit” məhsulunu təqdim edir.
 
AZXEBER.COM xəbər verir ki, müştərilər artıq Yelo Bank-dakı əmanətlərinin 90%-dək kredit məbləğini 3 formada istifadə edə bilər: İstehlak krediti, kredit xətti və ya kart ilə kredit xətti. Məhsullar üzrə illik faiz dərəcələri aşağıdakı formadadır:

· Nağd kredit - əmanət üzrə illik faiz dərəcəsi +3%

· Kredit xətti - əmanət üzrə illik faiz dərəcəsi +5%

· Kredit kartı - illik 20%

Bu məhsul üzrə vəsaiti əmanət müddətinin sonunadək əldə etmək mümkündür.

Hazırda Yelo Sabit əmanəti üzrə illik 10.5%-dək gəlir əldə edə bilərsiniz. Gəliri hər ay və ya müddətin sonunda hədiyyə edilən kart vasitəsi ilə də almaq mümkündür. Əmanətlərin sayı məhdudiyyətsiz, müddətin uzadılması isə, avtomatikdir. Əmanətlər üzrə maksimal müddət 36 aydır.

Bir sözlə, siz Yelo Bank-da həm sərfəli şərtlərlə əmanət yatıra, həm də vəsaitə ehtiyac olduqda əmanətiniz üzrə hesablanmış faizləri itirmədən, onun əsasında kredit ala bilərsiniz. Saytımızdakı kredit kalkulyatoru ilə aylıq ödənişinizi hesablaya və istədiyiniz məbləği sifariş edə bilərsiniz.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

OXŞAR XƏBƏRLƏR