Yelo Bank, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (Caspian Agro) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (Interfood Azerbaijan) çərçivəsində keçirilən II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib.
AZXEBER.COM xəbər verir ki, Bakı Ekspo Mərkəzində baş tutan tədbirdə 31 ölkədən 440-dan çox iştirakçı
öz təcrübələrini və yenilikçi yanaşmalarını paylaşdı. Sərginin əsas məqsədi
aqrar-sənaye kompleksində texnologiyaların tətbiqi, yerli və xarici
mütəxəssislər arasında təcrübə mübadiləsi və əlaqələrin gücləndirilməsidir.
Forum
çərçivəsində keçirilən "Dövlətin maliyyə mexanizmləri" panel
müzakirəsində Yelo Bank-ı mikro biznes müştəriləri departamentinin direktor
müavini Yusif Əliyev təmsil edib. O öz çıxışında aqro kredit sahəsində Yelo
Bankın təqdim etdiyi müasir bank məhsulları və kredit şərtləri haqqında məlumat
verərək, mikro və kiçik sahibkarlara maliyyə resurslarına çıxışın asanlaşdırılmasının
əhəmiyyətini vurğulayıb.
Yelo Bank,
kənd təsərrüfatı sektorunun davamlı inkişafını dəstəkləyir və bu sahədə
fəaliyyət göstərən sahibkarlara hər zaman faydalı həllər təqdim etməyə davam
edəcək.
Bank xidmətləri, o cümlədən kicik biznes krediti ilə
maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!