Böyük tədbirlərə ev sahibliyi etməyi xoş ənənəyə çevirən Yelo Bank, bu dəfə Baş Ofisində PR Forum 2024 iştirakçılarını qonaq etdi.
AZXEBER.COM xəbər verir ki, 27 noyabrda Yelo Bank-ın dəstəyi, Finance
Time şirkətinin təşkilatçılığı və 123media-nın birgə təqdimatı ilə PR Forum
2024 keçirildi.
Yelo Bank-ın İdarə heyətinin sədri Anar
Həsənov öncə qonaqları salamladı, hazırkı dövrdə PR sahəsindəki çətinliklərə
diqqət çəkdi və bu məsuliyyətli işdə hər kəsə uğurlar arzuladı.
Süni İntellekt, Böhran kommunikasiyası
və Strateji kommunikasiya panelləri üzrə baş tutan forumda sektorun tanınmış
simaları çıxış etdi. Onlar öz uğur hekayələrini, nailiyyətlərini və çətinlikləri
necə aşdıqlarını paylaşdılar.
Forum sektordakı şəxsləri bir araya gətirərək,
yeni əlaqələrin qurulmasına və peşəkar şəbəkələşmənin formalaşmasına vəsilə
oldu. Yelo Bank bu kimi tədbirlərdə fəal iştirakı ilə medianın inkişafını və şəffaf
iş mühitinin formalaşmasını dəstəkləyir.
Bank xidmətləri, o cümlədən onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!