Yelo Bank 2022-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə ilin əvvəlindən başlatdığı müsbət artım dinamikasını son rüb də davam etdirib.
AZXEBER.COM xəbər verir ki, Bankın aktivləri bir il ərzində
287 mln manat artaraq 821 mln manatı keçib.
Bankın uzun müddətdir ki, kredit portfeli üzrə inkişafı uğurla davam etdirilir.
Ümumi portfel il ərzində 176 mln artaraq 622 mln manata çatıb. Bankın
missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi
təşkil edir. 2022-ci il ərzində Yelo Bank tərəfindən 19 mindən çox biznes
krediti verilib ki, nəticədə biznes kredit portfeli 137 mln, yəni 53% artaraq
396 mln manata yüksəlib.
Dördüncü rüb ərzində 5000-dən çox müştəriyə 46 mln manat istehlak
krediti verilib, nəticədə bu istiqamət üzrə kredit
portfeli il ərzində 22%, yəni 39,9 mln artımla 220 mln manatı ötüb. Bu satışın
30%-i, eləcə də portfel artımının 49%-i onlayn kanallar vasitəsilə həyata
keçirilib.
Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Bu isə Yelo Banka olan
inam və etibarın göstəricisidir. Belə ki, 2022-ci il ərzində 10 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a
etibar edib və nəticədə ümumi əmanət portfeli 62% artımla 572 mln manatı
ötüb. Cəlb olunan əmanətlərin arasında yeni müştərilərin sayının da sürətlə
artması Bankın həm xidmət keyfiyyəti, həm şərtlər baxımından əlverişli olduğunu
göstərir.
Eyni zamanda hesabat dövrü üzrə Bankın faiz gəlirləri 86 mln manat olub. Bu isə
2021-ci il ilə müqayisədə 23 mln manat daha çoxdur. Qeyd edək ki, Bank ili 5.2
mln manat xalis mənfəətlə başa vurub.
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 93 mln manatı ötüb. Bu da
requlyativ tələbdən 43 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı
13.13%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.84% olmaqla, hər iki
göstərici üzrə tələb olunan normanı üstələyir.
Qeyd edək ki, 2022-ci il ərzində Yelo Bank xidmət şəbəkəsini genişləndirib.
Regionlarda bir neçə filial açılıb, mövcud filiallar isə təkmilləşdirilib. Yeni
istifadəyə verilən filialların əksəriyyəti rəqəmsal konseptlidir. Belə
konseptli filialların əsas məqsədi bank əməliyyatlarını çevik və rahat şəkildə
müştərilərə təqdim etmək, həmçinin, nağdsız ödənişlərin stimullaşdırılmasına
töhfə verməkdir.
Bankın parlaq uğurları bununla bitmir. Nağdsız əməliyyatların
stimullaşdırılması istiqamətində Bank ötən il ərzində innovativ yeniliklər və xidmətlər təqdim
edib. Nəticədə 2022-ci ildə Bankın nağdsız ödəmə dövriyyəsi ötən illə müqayisədə 70%-dək çoxalıb. Müştəri
rahatlığı üçün bir sıra rəqəmsal yeniliklər də gətirilib. Məhz buna görə Markswebb konsaltinq agentliyi tərəfindən Mobile
Banking Day Baku konfransında 1000 kriteriya üzrə dəyərləndirilmiş Yelo App ən
rahat mobil tətbiq seçilib. Yelo Bank
2023-cü ildə də bank sektoruna parlaq yeniliklər gətirməyə davam edəcək.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,Instagram və ya Whatsapphesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!