Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İQTİSADİYYAT
10:20 01.07.2026
182

Yelo Bank-ın ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə start verdiyi və böyük maraqla qarşılanan "Biznesinə xoş gələcək” kampaniyasının müddəti 30 sentyabr 2026-cı il tarixinədək uzadılıb. Bu xəbər işinə fasilə vermək istəməyən və gündəlik bank xərclərinə qənaət etməyi hədəfləyən mikro, kiçik və orta sahibkarlar üçün əsl yay fürsətinə çevriləcək!
 
 Kampaniya çərçivəsində ilk dəfə onlayn biznes hesabı açan fərdi sahibkarlar və hüquqi şəxslər hesab açdıqları gündən etibarən 3 ay müddətində (cəmi 100 000 AZN-dək dövriyyə məbləği üçün) aşağıdakı bank əməliyyatlarını tamamilə pulsuz – 0% komissiya ilə həyata keçirə bilərlər:
 
 ✔️ Milli valyutada ölkədaxili köçürmələr (həm adi, həm də təcili);

✔️ Milli valyutada vəsaitlərin nağdlaşdırılması;

✔️ Əməkhaqqı layihəsi üzrə köçürmələr ("All ATMs” istisna).
 
 Üstəlik, bu fürsətdən yararlanan bütün sahibkarlara 1 illik biznes kartı hədiyyə olunur. Biznes müştəriləri həmçinin onlayn hesab açılması, əməkhaqqı kartlarının sifarişi və smartfonu POS-terminala çevirən Mobil POS xidmətinə qoşulma imkanlarından da ödənişsiz faydalana bilirlər.
 
 Bankın məqsədi sahibkarlara yalnız ilk addımlarında deyil, bizneslərinin hər bir inkişaf mərhələsində etibarlı və innovativ tərəfdaş olmaqdır. Kampaniyaya qoşulmaq istəyən fərdi sahibkarlar Yelo Business App, hüquqi şəxslər isə Yelo İnternet Bankçılıq platforması üzərindən ilk onlayn biznes hesablarını açaraq bu unikal fürsətə sahib ola bilərlər.
 
 Daha ətraflı məlumat: Yelo İnternet Bankçılıq - https://ylb.az/i-bnk; Yelo Business App - https://ylb.az/yelobiznes
 

Online biznes krediti lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.
 
 Yelo Bank – Parlaq bankçılıq!

 

 

OXŞAR XƏBƏRLƏR