Yelo Bank filial şəbəkəsini genişləndirməyə və parlaq bankçılıq həllərini əlçatan etməyə davam edir.
AZXEBER.COM xəbər verir ki, bu
dəfə Bank rəqəmsal konseptli daha bir filialını Tovuzda istifadəyə verdi.
Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar
vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak
krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə
bilərlər. Bunlarla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin
nağdlaşdırılması, müxtəlif ödənişlər, pul köçürmələri də etmək mümkündür. Yeni
filial Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşir.
Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar
Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim
olunacaq: "Xidmət şəbəkəmizi xüsusilə regionlarda genişləndirməyimizin
əsas məqsədi ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Bu baxımdan
Tovuzda geniş əməkdaşlıq potensialı görürük. Burda da ənənəvi bankçılıq
modelindən ayrılıb, müştərilərimizə daha sürətli və daha rahat xidmət
göstərməyi hədəfləyirik. Gələcək planlarımıza regionlarda rəqəmsal konseptdə
daha bir neçə filial açmaq daxildir. Bununla ölkəmizdə yerli sahibkarlığın,
eləcə də nağdsız ödənişlərin inkişafına təkan verəcəyimizə inanıram”.
Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan və
Qəbələ filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın 18
filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.
Onlayn kredit haqqında əlavə sualınız var? O
zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!