Yelo Bank xidmət dairəsini genişləndirməkdə davam edir.
AZXEBER.COM xəbər verir ki, bu dəfə Bank paytaxtın Zabrat
qəsəbəsində müasir və rəqəmsal konseptli yeni filialını müştərilərin ixtiyarına
verdi. Yelo-nun "Parlaq bankçılıq” yanaşmasına uyğun dizayn edilmiş filial
innovativ xidmət imkanları və yüksək müştəri rahatlığı ilə fərqlənir.
Yeni
filialda bank əməliyyatları rəqəmsal qaydada həyata keçirilir. Müştərilər
burada nağd pul çıxarışı və mədaxili, kredit və kart sifarişi, biznes
əməliyyatları, eləcə də kommunal və digər ödənişlər daxil olmaqla bir çox
xidmətdən sürətli və fasiləsiz şəkildə yararlana bilirlər.
Yelo Bank-ın
İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev yeni filial barədə fikirlərini belə
ifadə edib: "Bizim üçün prioritet məsələ bank xidmətlərini hamı üçün daha
əlçatan və rahat etməkdir. Zabrat filialımız əhalinin gündəlik ehtiyaclarına
uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Əminik ki, bu filial yalnız
Zabrat sakinlərinin deyil, ətraf ərazilərdə yaşayanların da bankçılıq
təcrübəsini dəyişəcək. Rəqəmsal konsept isə nağdsız ödəniş vərdişlərinin
artmasına mühüm təsir göstərəcək”.
Yeni filial
Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 64 ünvanında yerləşir. Qeyd edək ki,
Bankın ölkə üzrə 22 xidmət mərkəzi ilə fəaliyyət göstərir. Yelo Bank gələcəkdə
də xidmət şəbəkəsini genişləndirərək daha çox bölgəyə parlaq bankçılıq
təcrübəsini gətirməyi planlaşdırır.
Mikro kredit online müraciət etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook,Instagram,Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!