19–20 noyabr
2025-ci il tarixlərində Bakı Marriott Hotel Boulevard-da keçirilən IX
Beynəlxalq Bankçılıq Forumunda Yelo Bank rəsmi tərəfdaş qismində iştirak edib.
Forumun builki mövzusu "Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” olub.
AZXEBER.COM xəbər verir ki, tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri bank sektorunda
innovativ həllər, fintex, rəqəmsallaşma və ödəniş ekosistemindəki yenilikləri
müzakirə ediblər.
Yelo Bank ölkəmizdə keçirilən bu nüfuzlu maliyyə və bankçılıq tədbirinə verdiyi
tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən
təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, forum Mastercard tərəfdaşlığı ilə, Azərbaycan Banklar
Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Bank xidmətlərinə dair (məs: tecili pul krediti) əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!














































