Oktyabrın 10-u Amsterdamda dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransı olan "Sibos 2022” tədbiri start götürüb.
AZXEBER.COM xəbər verir ki, 4 gün davam edəcək konfransın 9300-dən çox iştirakçısı arasında Yelo Bank-ın nümayəndəliyi də var. Bankı tədbirdə İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və sədr müşaviri Fəridə Pirverdiyeva təmsil edirlər. Builki konfrans dəyişkən dünya üçün proqressiv maliyyəyə həsr olunub.
Pandemiyadan sonra ilk dəfə canlı şəkildə təşkil olunan Sibos 2022 tədbirində
250-dən çox spiker maliyyə sektorunda baş verən innovativ yeniliklər,
qeyri-sabit zamanlarda uğur qazanılması və davamlılığın qorunması və digər məsələlər
ətrafında müzakirələr aparacaq.
Yelo Bank-ın sədr müavini Günay Cəlilovanın sözlərinə görə Sibos konfransı beynəlxalq
maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb edir: "Maliyyə sektoru sürətli dəyişir.
Bu dəyişikliklərə uyğunlaşan Yelo Bank da xidmət və məhsullarının, o cümlədən
filialların rəqəmsallaşması istiqamətində mühüm işlər görür. Belə tədbiri
dünyanın müxtəlif banklarının nümayəndələri ilə fikir mübadiləsi aparmaq,
işgüzar əlaqələr qurmaq, qlobal təcrübə paylaşmaq baxımından çox əhəmiyyətli
hesab edirik. Tədbirdə bir sıra xarici maliyyə təşkilatlarının görüşlərinə
qatıldıq. Bu görüşlərdə maliyyə institutlarındakı innovativ trendlər, yeni
texnologiyalar, çağırışlar haqqında effektiv müzakirələr aparıb, təcrübələrimizi
bölüşdük. İnanıram ki, bu müzakirələr gələcək fəaliyyətimizdə çox faydalı
olacaq".
Bank xidmətləri, həmçinin, kredit
kalkulyatoruhaqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook,Instagramvə ya Whatsapphesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!