Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu!

İQTİSADİYYAT
12:40 16.01.2025
433

Yelo Bank 2024-cü ilin son rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə xalis mənfəət üzrə rekord artım qeydə alınıb. Belə ki, Yelo Bank-ın 2024-cü ilin sonuna xalis mənfəəti 43 milyon manatı ötüb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Digər maliyyə nəticələrinə gəldikdə isə:

-Bankın kredit portfeli böyüyüb:2023-cü ilin sonu ilə müqayisədə 22% artımla 935 mln manata çatıb.

-Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib:biznes kredit portfeli 21,5% artımla 587 mln manat olub.

-Real sektor hər zaman prioritetlər arasında olub:il ərzində mikro bizneslərə Bank tərəfindən 364 mln manat vəsait ayrılıb. İlin sonuna mikrokredit portfelinin həcmi 347 mln manat təşkil edib, bu da 2023-cü ilin analoji dövründən 24.6% çoxdur.

-İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb:il ərzində 32 mindən çox istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 23.5%-lik artımla 347 mln manata çatıb.Bu satışların 38%-i, eləcə də portfel artımının 50%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

-Bank-ın əmanət təklifləri cəlbedici olmağa davam edib:fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 37% artaraq 652 mln manata yaxınlaşıb. Bu artım bankın müştərilər arasında etibarlı maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.

-Faiz və qeyri-faiz gəlirləri də artıb:il ərzində Bankın faiz gəlirləri 34% artaraq 151 mln manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 32 mln manata çatıb.

-Bankın kapital mövqeyi xeyli güclənib:hesabat dövründə məcmu kapital 148,7 mln manat təşkil edir, bu da əvvəlki ilin eyni dövründən 36% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,15%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7,05% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. 2024-cü ilin sonuna Bankın aktivləri 1,280 mln manat təşkil edir.

Yelo Bank 2025-ci ildə də dinamik inkişafını davam etdirməyi planlaşdırır. Bank yeni filialların açılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və mövcud xidmətlərin müasirləşdirilməsi üzrə bir sıra layihələr həyata keçirəcək. Bu yeniliklərdə isə ESG yanaşması, dayanıqlılıq prinsipləri, müştərimərkəzli addımlar üstünlük təşkil edəcək. Xüsusilə bölgələrdə xidmət şəbəkəsini böyütməyi hədəfləyən Yelo Bank maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməyə davam edəcək.

Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappyelo.azhesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb