'Yemədi getdi' estafetinə sözardı' - KÖŞƏ

KÖŞƏ
15:30 25.01.2013
1960

Elşən MusayevGün.AzDünən, “özündən müştəbehlər”silsiləsindən növbəti yazıya rastladım.

Azadlıq radiosunun rəsmi saytında Anar Məmmədli imzası ilə getmişdi.....Öz aləmində iqtidarı, Avropa Şurasını yıxıb-sürüyüb. Amma Allah tərəfi, aləmi də aləmmiş adamın.. İlk qənaətim bu oldu ki, bəy əfəndi yazı bloqu ilə bina blokunu səhv salıb. Liftin qabağında durub, az sonra xoş müjdə ilə gələcək Ştrasseri gözləyib.O “yetim”də bəxtindənmi yoxsa bəxtsizliyindənmi, ağlındanmı ya ağılsızlığındanmı ilişib“qalıb” liftdə. Veriləcək müjdə də gedib işinin dalınca.Əlqərəz, başınızı ağrıtmayım..Haqqında danışdığım həmin bloq yazısına qısa cavablar yazmışam. (rabitə itməsin deyə, Anar bəyin qələmindən çıxan bəzi seçmələri də köşəyə əlavə etmək zorundayam)***A.M: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasında Almaniya parlamentinin üzvüChristoph Strasser-in Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı ətrafında müzakirələri təəssüflə izlədik. Hesabat 125 deputatın bu sənədə qarşı səs verməsi ilə rədd edildi. Bununla da 60-dan artıq siyasi məhbus ailəsinin timsalında ölkə ictimaiyyətinin Avropa Şurasından gözləntisinə sarsıdıcı zərbə vuruldu.Bax, özün deyirsən ki, hesabat rədd edilib. İmtina edilib demirsən ha, RƏDD EDİLİB deyirsən! Güman ki “RƏDD OLMAQ” mexanizminin nə zaman, üstəgəl kimlər üçün keçərli olduğunu da anlamamış durumda deyilsən. O ki qala təəssüf məsələsinə, “əzizim” bu dünyada yüz təəssüfə bir çürük qoz vermilər.İstədiyin qədər elə o təəssüfdən. O təəssüf, o da sən. Halal xoşun olsun!İlk abzasın son cümləsinə gəlincə. Çox kiçik bir düzəlişə ehtiyac olduğunu düşünürəm: Avropa şurası ölkə ictimaiyyətinin deyil, siyasi məhbus dəllallarının, “girdirmə” QHT-lərin, “ələkçinin qıl verənləri”nin gözləntisinə sarsıdıcı zərbə vurub..A.M: Təəssüf ki, Azərbaycan hökuməti özünün kürü və neft diplomatiyasına söykənərək, son 3 ildə Strasserin məruzəçi kimi mandatını icra etməsinə məhdudiyyətlər yaratmış, onun Azərbaycana səfərini əngəlləmiş və hesabata qarşı AŞPA-da çoxmillətli deputat bloku formalaşdırmışdı. Beləliklə, 2009-cu ildə Azərbaycan hakimiyyətinin başladığı çoxpərdəli antihumanizm tamaşası dünən (red: yanvarın 23-ü) insan hüquqlarının məğlubiyyəti ilə bitdi.Payatonnan! Nəymiş ə bu kürü?! Ver ha ver birmir, çıxar ha çıxar tükənmir! Əvvəl polis rejimindən eninə-boluna danışırdınız, son keçdiniz “mürtəce” qanunlara. İndi də sıra balıqlaramı gəldi?! Avropa Şurasında hər kəs kürü aludəçisirmi oldu?!Sizin bu qədər mötəbər təşkilat qarşısında bir banka kürü qədər qiymətiniz , dəyəriniz yoxmu?! Bunu mən demirəm e, məntiq deyir, “qardaş”! Yazdığın cümləni oxuyandan sonra dədəsinə od qoyulan məntiq bir də onu deyir ki, Avropa Parlamentarilərini özünüzə tay etməyin.O sizsiniz ki, bir ovuc qrant görən kimi beynəlxalq qurumlar qarşısında az qala “şpaqat” açmağa, bütün dəyərləri, milli maraqları yelpənək edib göydə uçurmağa hazır olursunuz!Dediyin çoxmillətli deputat blokunu isə Azərbaycan hakimiyyəti hansısa siyasət qırıntılarının tənəsindən xilas olmaq üçün deyil, ölkə həqiqətlərini dünyaya bəyan etmək, öz milli maraqlarını qorumaq üçün yaradıb!A.M: Nə etməli? Səylərimizi dayandırmalımı? Məncə davam etməliyik! Başqa alternativimiz yoxdur. Nə qədər ki, Azərbaycan həbsxanalarında 60-dan artıq şəxs siyasi motivlərlə əsassız və ədalətsiz qaydada cəza çəkməkdədir, mübarizəmiz başa çatmayıb – bunu ötücü məğlubiyyət saymalıyıq. Ancaq razılaşaq ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun qeyd etdiyi kimi, bu hadisə iqtidarın qələbəsidir. Cənab Səmədova da aydındır ki, Strasser və onun müdafiəçilərinin məğlubiyyəti iqtidarın qələbəsindən daha ləyaqətli və şərəfli şəkildə baş verdi.Əvvəla... “səylərimizi” – kəlməsində sözün kökü olan “SƏY” tam olaraq hansı anlamda yazılıb, bilmirəm. Amma siz yenə də ənənəvi repertuarınızda və işinizdə olun. Yazın, pozun, düzün-qoşun, göndərin, qışqırın, bağırın.Məncə də davam etməlisiniz. Amma lütfən alternativsizlikdən-filan şikayət etməyin. Niyə yoxdur ki alternativ? Hələ qarşıda nə məğlubiyyətlər var, nə diş qıcımalar var, nə boyun bükmələr var, bir bilsəniz....Siyasi məhbuslara gəlincə..Sizin əndrabadi məntiqiniz deyir kii, bu ölkədə bütün cinayətləri, qələtləri etmək üçün bir tək siyasi mənsubiyyət sahibi olmaq yetərlidir.Avropa Şurası və onun timsalında dünyanın düşünən beyinləri isə bu cür cəfəng təfəkkürün sahibi deyillər. Onlar siyasi məhbuslarla bağlı məruzə hazırlayanları da, o məruzələrin fikir və ilham qaynaqlarını da, rejissorlari da, aktyorları da, ifaçıları da çox gözəl tanıyırlar.Səndən də, məndən də daha gözəl tanıyırlar həm də. Ayrıca, bayaq dediyin “alternativ”in bir yekəsi də onlarda var. İstədikləri anda, istınilən məsələ ilə bağlı səhih, şəffaf informasiya almaq onların imkanlarının fövqündə duracaq bir məsələ deyil.O ki qala, Ştrasserin “şərəfli məğlubiyyətinə” ....inanın bu dəfə qınamayacam sizi. Həyat instinktidir bu: Qələbənin heç olmadığı yerdə ən yaxşı məğlubiyyəti təftiş etmək!

OXŞAR XƏBƏRLƏR