Yəmənin hökumət qüvvələri Hüdeydə vilayətində strateji əhəmiyyətli Hays rayonunu husilərdən geri alıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, Hays bir neçə vilayəti birləşdirir və mühüm logistika məntəqəsidir.
Telekanalın məlumatına görə, Taiz və Hüdeydə vilayətlərində, eləcə də Qırmızı dənizin qərb sahili boyu döyüş əməliyyatları davam edir.











































