Yəməndə 2 ayda 47 uşaq öldürülüb və ya xəsarət alıb

Yəməndə 2 ayda 47 uşaq öldürülüb və ya xəsarət alıb
DÜNYA
11:30 12.03.2022
361
Yəməndə yanvar-fevral ayında münaqişə nəticəsində 47 uşaq öldürülüb və ya xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə UNİCEF məlumat yayıb.

Təşkilat bildirir ki, cari ilin ilk 2 ayı ərzində 47 uşaq öldürülüb və ya xəsarət alıb. 2014-cü ildə müharibə başlayandan 10 200-dən çox uşaq ölüb və ya yaralanıb. Ölkədə 2500-dən çox məktəb dağıdılıb, və ya hərbi ehtiyaclar üçün istifadə edilir.

BMT-nin statistikasına görə, Yəməndəki münaqişə 380 000 nəfərin həyatına son qoyub. Əhalinin 80%-i humanitar yardımlardan asılı vəziyyətdə yaşayır.
OXŞAR XƏBƏRLƏR