Yəməndə daşqın nəticəsində 24 nəfər həlak oldu

DÜNYA
14:07 28.08.2024
131
Yəmənin şimalındakı Əl-Mahvit şəhərində baş verən daşqın nəticəsində 24 nəfər itkin düşüb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, daşqının yaratdığı sürüşmədə 7 ev və 4 mağaza dağılıb.
 
Husilərə məxsus "Əl Məsirə” televiziyasının xəbərinə görə, husilərin nəzarətində olan Mahvitdə leysan yağışlar nəticəsində meydana gələn daşqınlarda 24 nəfər itkin düşüb.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) avqustun 22-də verdiyi açıqlamada, Yəməndə son həftələrdə baş verən sel fəlakətinin 51 min ailənin təsirləndiyi və əksəriyyətinin evlərindən didərgin düşdüyü bildirilib.

Açıqlamada daşqınlardan ən çox Marib və Həccə şəhərlərinin zərər çəkdiyi qeyd edilib və daşqınlardan zərər çəkmiş digər bölgələrdə qiymətləndirmə hesabatlarının hələ tamamlanmadığı vurğulanıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR