Yəməndə hərbi hospitalda 11 həkim öldürülüb

DÜNYA
16:56 05.12.2013
952

Baş verən hadisə zamanı həlak olan hərbiçilərin və mülki şəxslərin ümumi sayı 25 nəfərə çatıb

Yəmənin paytaxtı Sənada ekstremistlər Müdafiə Nazirliyinin hərbi hospitalına hücum edərək 11 həkimi öldürüblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hücum nəticəsində həlak olan hərbiçilərin və mülki şəxslərin ümumi sayı 25 nəfərə çatıb. Verilən məlumatlara görə, 70-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Hadisəyə səbəb kamikadzenin binanın girişində avtomobildə özünü partlatması olduğu göstərilir. Xeyli sayda ölən və yaralananların olduğu partlayışdan sonra, silahlı qruplaşma üzvləri Müdafiə Nazirliyinin binasında yerləşən hərbi hospitala daxil olublar. Qarşılarına keçən bütün insaları güllələyən silahlı şəxslər 3-ü yəmənli olmala daha 3 əcnəbi cərrahı da öldürüblər.Qeyd edək ki, Yəməndə artıq 1 həftəyə yaxındır ki, müxtəlif siyasi qruplaşmalar arasında qarşıdurmalar yaşanır.

OXŞAR XƏBƏRLƏR