Yəməndə miqrantları daşıyan qayıq batıb: 55 nəfər ölüb

Yəməndə miqrantları daşıyan qayıq batıb: 55 nəfər ölüb
DÜNYA
08:56 04.08.2025
185
Yəmənin cənubundakı Əbyən əyaləti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 55-ə çatıb.

Əyalətinin Zincibar rayonunun səhiyyə idarəsinin müdiri ölənlər arasında bir Yəmən vətəndaşının da olduğunu bildirib.

Məlumata görə gəmidə 100-dən çox efiopiyalı olub və onlarla adam hələ də itkindir.

Qeyd edək ki, Yəmən Afrika ölkələrindən, xüsusilə Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.

Qeyri-qanuni afrikalı miqrantların əksəriyyəti Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına getmək arzusu ilə Cibuti vasitəsilə Yəmənə keçirlər.

/APA
OXŞAR XƏBƏRLƏR