"Sabah, yəni avqustun 22-də devalvasiya olmayacaq."
Bu barədə məlumatı iqtisadçı ekspert Samir Əliyev deyib.
Samir Əliyevin sözlərinə görə, devalvasiyanın olması heç texniki baxımdan mümkün deyil: "İnsanlar narahat olmasın. Bu gün rəsmi məzənnə 1.0479-dur. Deməli, +2 mexanizmini tətbiq eləsək, SABAH alış qiyməti ƏN AZI 1,027, satış qiyməti isə ƏN ÇOXU 1.069 ola bilər. Belə hədd həmişə olub və banklar bir qayda olaraq marjanı az qoyublar. Bu sərhədi keçən valyutadəyişmə məntəqəsi qanunları pozur. Yəqin ki, sabah məzənnə 1.055 ətrafında olacaq. Narahatçılığa əsas yoxdur."
Xatırladaq ki, bəzi mətbu orqanlar sabah devalvasiyanın ola biləcəyini yazıblar. Hətta bəzi bankların artıq dolllar satmadığı da qeyd edilir.
Yaranan çaşqınlıqla bağlı Milli Bank açıqlama yayıb.