“Yenə ucuz, bəsit, əttökən videolar sosial şəbəkələri başına götürüb”

“Yenə ucuz, bəsit, əttökən videolar sosial şəbəkələri başına götürüb”
SİYASƏT
15:16 18.11.2021
848
Vətən müharibəsindən sonra mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində dəyişikliklərin baş verəcəyinə ümid bəsləyirdim.

Düşünürdüm ki, həmkarlarım da, sosial şəbəkələrdə fəal olan həmvətənlərim də müəyyən qədər təcrübə  qazanıblar, təsdiqlənməmiş məlumatları, Ermənistan mediasından tələm-tələsik köçürülmüş, təhlil edilməmiş, süzgəcdən keçirilməmiş materialları paylaşmayacaq, bölücüluk etməyəcək, insanların Vətənə, dövlətə olan sevgilərinin sarsıdılmasına xidmət edən kin və nifrətqarışıq mülahizələrini aşkara püskürməyəcəklər. Təəssüf ki, yanılmışam.

Elə Müdafiə nazirliyinin arxadan atılan daşı xatırladan, sovetdənqalma informasiya siyasətinın dəyişdiyinə, yaxud müharibə dövrundə, subyektiv qənaətimə görə, prosesə cəlb edilmiş peşəkarlar tərəfindən idarə olunan formada davam etdiriləcəyinə ümid bəslədiyim üçün də... yanılmışam, tələsik nəticə çıxarmışam.

Yenə "köhnə hamam, köhnə tas"... Dəmirin pasını tökmək olur, amma beyinin yox!!!

Yenə ucuz, bəsit, əttökən videolar sosial şəbəkələri başına götürüb. Başa düşürəm, düşmənə psixoloji təsir etmək üçün müəyyən vasitələrdən istifadə etmək lazımdır. Amma belə utancverici, ucuz, başı Moskva saatı ilə işləyənlər üçün deyirəm, "дешёвый" formada yox. Şəxsi heyətin tik-tokda, feysbukda, Vkontakte-də, nə bilim daha haralarda nə iti azıb?

Ötən bir il ərzində Vətən müharibəsi dövründə buraxılan səhvlər təhlil edildimi, nəticə çıxarıldımı, şəxsi heyətə təlimat verildimi, düşmənə qarşı psixoloji savaş aparacaq peşəkarlardan ibarət qrup, yaxud heyət yaradıldımı? Açıq yazmaq istəmirəm... Yəni bu adamlar 44 gün ərzində peşəkarlardan heç nə öyrənə bilmədilər?...

Niyə bu sahəyə dövlətin informasiya siyasətini apara biləcək insanlar cəlb olunmur? Niyə şəxsi heyətin siyasi hazırlığı bu qədər aşağı səviyyədədir?

Niyə? Niyə? Niyə?

Övladlarımız Vətən yolunda canlarını fəda edir, dövlətimiz dörd bir yanla siyasi, diplomatik savaş içərisindədir, Azərbaycan Ali Baş Komandanıyla, zabitiylə, əsgəriylə, "Vətən" deyəndə dodağı yüz yerdən çat verən vətəndaşıyla təkcə özünün deyil, türk tarixinin ən böyük, ən çətin və ən müdhiş mücadiləsini aparır.

Ali Baş Komandanın yalnız Vətən muharibəsi dövründəki bir neçə çıxışını, müsahibəsini izləmək və nəticə çıxarmaq nəyin necə edilməli olduğunu anlamaq üçün yetərlidir. Təbii ki, anlaya bilənlər üçün...

Son 2 gün ərzində sosial şəbəkələrdə, mediada buraxılan səhvləri, Türkiyəli qardaşlarımız demişkən, təlafe etmək üçün günlər, həftələr, aylar lazım gələcək.

Amma biz təkcə savaş aparmır, sərhədlərimizin toxunulmazlığını, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmirik axı... İşğaldan azad edilmiş ərazilərimizin xarabalıqları üzərindən yeni kəndlər, qəsəbələr, şəhərlər salırıq. Və bu proses bu günümüz və sabahımız üçün Zəfər qədər həyati əhəmiyyət daşıyır.

Nə deyim, vallah. Söz də urvatdan düşüb artıq.

Təəssüf... Çox təəssüf...

Amma yenə də gec deyil.
 
Elçin Mirzəbəyli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
11:47 09.10.2026
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
11:46 09.10.2026
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
Göz yorğunluğunu azaltmağın QAYDASI
11:43 09.10.2026
Göz yorğunluğunu azaltmağın QAYDASI
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
11:36 09.10.2026
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
11:23 09.10.2026
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”