Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsidir

Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsidir
SİYASƏT
10:40 02.03.2023
533
Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Ümummilli maraqların reallaşması yolunda Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

Yeni Azərbaycan Partiyasının 2021-ci martın 5-də keçirilən VII qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev videoformatda çıxış etmişdir. Həmin çıxış zamanı Prezident bildirmişdir ki, Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də təsis olunmuşdur. 2022-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olur. Yeni Azərbaycan Partiyası xalqın lider partiyasına çevrilərək, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amilə çevrilib.
2005-ci il martın 26-da Yeni Azərbaycan Partiyasının III qurultayında yekdilliklə partiyanın sədri seçilən cənab İlham Əliyev Ulu Öndərimizin quruculuq və inkişaf xəttinin layiqli davamçısıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ən yüksək zirvəyə çatması, ölkəmizin sosial-iqtisadi və hərbi-siyasi yüksəlişi məhz bu yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən bu inkişafın məntiqi yekunudursa, digər tərəfdən möhtərəm Prezidentimizin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub. Demək olar ki, bütün beynəlxalq təşkilatlarda təmsil olunur. Qlobal əhəmiyyətli tədbirlərdə yaxından iştirak edir. Avropanın enerji təhlükəsizliyinə uzun illərdir töhfə verir. Böyük iqtisadi layihələrdə tərəfdaş kimi çıxış edir. 
 
Azərbaycan dünyanın elə bir ölkəsi yoxdur ki, onunla əlaqələr qurmasın, əməkdaşlıq etməsin. Bu əməkdaşlıq böyük miqyaslı və geniş şaxəlidir. Ölkəmiz xarici siyasətində dünya dövlətləri ilə əməkdaşlığını qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirir. Müxtəlif platformalarda reallaşan əməkdaşlıqda milli mənafelər öndə dayanır.
Ölkənin inkişafını şərtləndirən əsas amillərdən biri də siyasi partiyalar arasında dialoq mühitinin, müxtəlif məsələlərdə əməkdaşlığın, ümummilli məsələlərdə birliyin və həmrəyliyin olmasıdır.


Naftalan şəhər sakini Arzu Məmmədov

OXŞAR XƏBƏRLƏR