'Yeni Azərbaycan' qəzeti İsmayıllıdan yazdı

11:55 31.01.2013
1507

Yeni Aəzrbaycan qəzeti bu günkü, sayında İsmayıllıdakı inkişafdan yazıb. Qəzet yazır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında İsmayıllının da adını çəkmək olar. Məqaləni ixtisarla sizlərə təqdim edirik:İsmayıllı tarixi dağ-kurort mərkəzi kimi...

Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1934-cü ildə inzibati ərazi vahidi kimi qeydiyyata alınıb. Mərkəzi İsmayıllı şəhəri olan, dağ-kurort mərkəzi sayılan rayon Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi 3629 m, Əsəddağ 3471 m, Qaraburğa 3345 m, Şahnəzərdağ 2874 m zirvələridir.Gil yatağı, mineral bulaqları, istirahətə yararlı əraziləri var. Rayonda 109 yaşayış məntəqəsi mövcuddur. Onlardan 1-i şəhər (İsmayıllı), 2-si şəhər tipli qəsəbə (Lahıc, Basqal) 106-sı isə kəndlərdir. Basqal qəsəbəsi oz kəlağayıları ilə məşhurdur. Lahıc qəsəbəsi isə qədimliyi ilə seçilir və dünya misgərlik incilərindən ayılır. XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Rusiyada, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb...

Quruculuq-abadlıq işləri, yeni yolların çəkilişi 2012-ci ildə də davam etdirilibAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqların icra edilməsi istiqamətində İsmayıllı rayonunda 2012-ci ildə tikinti və abadlıq işləri davam etdirilib. Rayonun respublika və yerli əhəmiyyətli yollarında xeyli işlər görülüb. 10 saylı Yol İstismar idarəsi tərəfindən 971 min manat dəyərində təmir işləri aparılıb. İsmayıllı-Lahıc avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq yolun 10 km-ə qədər hissəsinə asfalt örtük vurulub. Qalınçaq kəndinin giriş yolunda 38 metr uzunluğunda və Göyçay çayının İstisu kəndindən keçən hissəsində, Qalaçıq, Çayqovuşan, İstisu kəndlərinə gedən yolda 68 metr uzunluğunda 4 aşırımlı dəmir-beton konstruksiyalı körpülər tikilib istifadəyə verilib. Kənd yollarının tikintisinə diqqət artırılıb...

Rayonda yeni iş yerləri açılıb, “əmək yarmarkaları” keçirilib...

Ötən ilin doqquz ayında rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışı 89 milyon 660 min manat olub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 795 min manat çoxdur. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsulda 8 faiz, sənayedə 3.5 faiz artım əldə olunub. Müqayisə olunan dövrdə pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2,5 faiz, bir işçiyə hesablanan nominal orta əməkhaqqı 9,8 faiz artıb. Rayon büdcəsinin gəlirlər hissəsi ümumilikdə 12 milyon 838 min manata qarşı 12 milyon 943 min manat və ya 101 faiz, xərclər 12 milyon 838 min manata qarşı 11 milyon 708 min manat və ya 91 faiz icra olunub. Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin uçotunda 13596 nəfər pensiyaçı var. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 9 ayda ödəniş müəssisələrinə 17 milyon 118 min manat məbləğində vəsait köçürülüb. Vəsaitin 14 milyon 618 min manatı Respublika DSMF-dən daxil olub ki, bu da ödənilmiş pensiya və müavinət məbləğinin 86,6 faizini təşkil edir. 2012-ci ilin doqquz ayında DSMF tərəfindən sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının toplanması vəziyyəti qənaətbəxş olub, proqnoz tapşırıq 100,3 faiz icra olunub...

Məqaləni bütöv şəkildə bu linkdən oxuya bilərsiniz..

OXŞAR XƏBƏRLƏR