AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yeni dərs ilinin başlanması ilə yollardakı avtomobillərin sayı daha da arta bilər. Çünki məktəblərə gedən şagirdlərin əhəmiyyətli hissəsi valideynlərin şəxsi avtomobilləri ilə daşınır. Bu isə xüsusilə səhər saatlarında məktəblərin yerləşdiyi ərazilərdə əlavə yük yaradır.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, problemin tam həlli qısa müddətdə mümkün olmasa da, sıxlığı azaltmağın əsas yolu insanların ictimai nəqliyyata keçidini daha cəlbedici etməkdir.
Dərslərin başlamasına sayılı günlər qalmış Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzi yollarda tıxacın qarşısın almaq üçün hansı qabağlayıcı tədbirlər görürlər?











































