Astronomlar Günəş sistemindən kənarda vulkanik olaraq aktiv olduğu güman edilən Yer ölçüsündə bir planet kəşf ediblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Mütəxəssislərin fikrincə, bu planet Yerdən yalnız bir qədər böyük və daha ağır kütləlidir.
Qeyd olunur ki, kəşf TESS, "Spitzer” teleskoplarının və bir sıra yerüstü rəsədxanaların məlumatlarının təhlili nəticəsində edilib.
Qeyd edilib ki, sözügedən planet Günəş sistemindəki vulkanlar baxımından ən aktiv göy cismi olan Yupiterin İo peyki kimi püskürmələr yaşayır.
NASA-nın açıqlamasıda ekzoplanetin Transiting Exoplanet Survey Satellite (TESS), müddəti bitmiş Spitzer Kosmik Teleskopu və yerüstü teleskoplardan alınan məlumatların qiymətləndirilməsi nəticəsində kəşf edildiyi bildirilib.
Bildirilib ki, kəşf edilən ekzoplanet Yerdən təxminən 90 işıq ili uzaqda, qırmızı cırtdan ulduzun ətrafında fırlanır və Krater Bürcündə yerləşir.
Ayşən