Yeni epidemiya təhlükəsi: Gənclər arasında artmaqda davam edir

Yeni epidemiya təhlükəsi: Gənclər arasında artmaqda davam edir
DÜNYA
12:41 05.06.2024
121
Mütəxəssislər son vaxtlar xüsusilə gənclər arasında "Human Papilloma” Virusu (HPV) epidemiyasının olduğunu açıqlayıblar.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, daha çox cinsi yolla keçən virus, əsasən pis dezinfeksiya edilmiş sanitar qovşaqlardan keçir. 

Son zamanlar HPV virusu gənclər arasında epidemiyaya çevrilib. 

Mövzu ilə bağlı açıqlama verən Karadeniz Texniki Universitetinin müəllimi həkim Gürdal Yılmaz deyib:

"Human Papilloma Virus epidemiyası insan sağlamlığına, xüsusən də gənclərimizə mənfi təsir göstərir. Yaz-yay ayları gəldikcə cinsi yolla keçən xəstəliklərdə də artım müşahidə olunur. Bunlardan ən mühümü HİV (QİÇS)  infeksiyasıdır. HİV xəstələrinin sayı günü-gündən artarkən, HİV ilə birgə HPV dediyimiz Human Papillomavirus infeksiyaları da artmaqdadır. HPV ziyillərə səbəb olur və eyni zamanda qadınlarda uşaqlıq boyun xərçənginin ən mühüm səbəbidir. Xüsusilə son vaxtlar gənclərimiz arasında HPV virus infeksiyası ilə çox tez-tez qarşılaşırıq. Hər həftə bir və ya iki HİV və ya HPV xəstəsi gəlir. Buna görə də çox diqqətli olmaq lazımdır. Bu, illərdir mövcud olan bir xəstəlikdir, lakin son vaxtlar artmaqdadır. Bu xəstəlik əsasən cinsi yolla ötürülür”. 

Oksana 
OXŞAR XƏBƏRLƏR