Yeni evlənən cütlüyün cəsədi otel otağından tapıldı

Yeni evlənən cütlüyün cəsədi otel otağından tapıldı
DÜNYA
13:39 16.03.2023
756
Bal ayı üçün otelə gedən cütlüyün cəsədləri tapılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün yeni evlənən cütlük bal ayı üçün gəldikləri otel otağında hərəkətsiz vəziyyətdə tapılıb.
 
Cütlüyün cəsədləri müayinə üçün Ürgüp Dövlət Xəstəxanası meyidxanasına aparılıb.
 
Aparılan araşdırmadan sonra otelin mərkəzi istilik sistemində kömürdən istifadə etdiyi öyrənilib.
 
Nevşehirin Ürgüp mahalına bağlı Ortahisar qəsəbəsində hadisə ilə bağlı aparılan istintaqda 3 şübhəli həbs edilib. 

Gülay
OXŞAR XƏBƏRLƏR