Yeni evlənən Oğuzhan Koç və Demet Özdemir boşanacaqlarını açıqladı – SƏBƏB

Yeni evlənən Oğuzhan Koç və Demet Özdemir boşanacaqlarını açıqladı – SƏBƏB
DÜNYA
16:35 13.04.2023
394
8 ay əvvəl nikah masasına oturan Demet Özdemir və Oğuzhan Koç cütlüyü boşanmaq qərarına gəlib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesablarından ortaq açıqlama verən cütlük, "Doğrudur, bir müddətdir evliliyimizi həyata keçirə bilmədiyimizi gördük və onu bitirmək qərarına gəldik. Biz əlimizdən gələni edirik. Ailələrimizi üzmədən, bu prosesi ən həssas şəkildə həyata keçirəcəyik”, deyə paylaşım edib.

Oğuzhan Koçla evliliyində yaşadıqları problemləri həll edə bilməyən Demet Özdemir Zekeriyaköydəki evinə qayıdıb. 

Avqust ayında ailə quran cütlüyün 1-2 aydır evliliklərində qara buludların olduğu və cütlüyün tez-tez problem yaşadığı iddia edilirdi. İddiaya görə, zəlzələ səbəbiylə ad günü keçirmək istəməyən Koç yaxın dostları ilə şənlik təşkil edib. Bu vəziyyəti bəyənməyən Özdemiri Koçun bəzi rəftarları narahat edib. Mübahisə böyüdükcə Özdemir evə qayıtmaq əvəzinə dostu Saadet Özsırkıntının evinə gedib.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR