"Yeni hökümətdə bioqrafiyası tərtəmiz, peşəkarlar təmsil olunsa, hamı bu seçkilərin nəticələrindən məmnun qalacaq"

"Yeni hökümətdə bioqrafiyası tərtəmiz, peşəkarlar təmsil olunsa, hamı bu seçkilərin nəticələrindən məmnun qalacaq"
Siyasət
15:14 10.04.2018
5053

Bizi növbəti prezident seçkiləırindən cəmisi bir gün ayırır və Seçki Məcəlləsinə görə bu gün sükut günüdür.

 

Amma ölkə vətəndaşlarını daha çox kimlərin seçki qutusundan neçə faiz səs götürəcəyi deyil, seçkilərdəın sonra aparılacaq kadr islahatları, xüsusən də yeni komandanın hansı prinsiplər əsasında formalaşacağıdır. 


Elə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Moderator.az-a açıqlamasında deyir ki, seçicilərlə və cəmiyyətin aktiv siyasi təbəqəsi ilə təmsaları zamanı ona ən çox verilən sual seçkilərdən sonra ciddi kadr islahatlarının gerçəkləşib-gerçəkləməyəcəyi barədə olub:

"Bilirsiniz, məni ən çox narahat edən odur ki, prezidentin mövcud komandasındakı bəzi tükənmişlər, xüsusən də amalı-niyyəti və məqsədi yalnız varlanmaq, dövləti, milləti soymaq olan bəzi üzdəniraqlar camaatımızın səbrini son həddə çatdırıb. Bu hələ harasıdır, Bakıdakı himayədarlarına güvənən bir çox yerli məmurlar regionlarda əhaliyə divan tutur, burda mənəm, Bağdadda Kor Xəlifə misalındakı kimi yazıq camaatımızın başında turp əkir. Ona görə də yeganə arzumuz budur ki, seçkilərin qalibi elan olunandan, daha doğrusu, inauqurasiyadan dərhal sonra bütün prezidentliyə namizədlər bir araya gəlsin, təşviqat dövründə insanlarımızın dilə gətirdikləri tələbləri, təklifləri, qayğıları, onların dövlətdən umacaqları bir daha saf-çürük edilərək təxirəsalınmaz tədbirlər görülsün. Mən təklif edərdim ki, yeni hökumətdə elə cəsarətli, işinin bilicisi olan, indikilərin bəziləri kimi milləti və dövləti özünün supermaketi hesab etməyən bioqrafiyası tərtəmiz peşəkarlar təmsil olunsun ki, hamı bu seçkilərin nəticələrindən məmnun qalsın. Şəxsən mənə baş nazir postu həvalə edilsə qısa zamanda bulanıq suda balıq tutanların hamısının axırına çıxaram, dövlət büdcəsinə göz dikən istənilən məmurun gözlərini oyaram. 2019-cu ilin dövlət büdcəsinin indikindən ən azı iki dəfə artıq olmasını da təmin edərəm. Çünki bilirəm ki, Azərbaycan varlı dövlətdir və məmurlar kölgə iqtisadiyyatı hesabına hansı sərvərtlərə sahib olublar. Bir sözlə, bütün dolanbac yolları qapadaram və o zaman dövlət büdcəsinə milyardların sel kimi axmasını hamınız gözlərinizlə görərsiniz. Sözümün canı odur ki, ancaq islahatçı komanda ölıkədəki illərdən bəri yığılıb qalmış problemləri həll edə və Azərbaycanı cənnət bir diyara çevirə bilər. Bu millət yaxşı yaşamağa, məmur özbaşınalığından xilas olmağa haqq edir və bu haqqı onun əlindən alanlara qarşı birlikdə savaşmalıyıq. O zaman Azərbaycanın gücü qarşısında heç bir işöğalçı qüvvə tab gətirə bilməz.  
OXŞAR XƏBƏRLƏR