Tədqiqatçılar indiyə qədər bütün ən böyük genetik əlaqələrin xəritəsini tərtib ediblər.
AZXEBER.COM xəbər verir ki, yeni bir araşdırma bəşəriyyətin tarixinə və onun ilk əcdadlarına işıq salır ki, bu da elm aləminin hələ də maraq dairəsindədir.
Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxarıblar.
Tədqiqatın aparıcı müəllifi Anthony Wilder deyib: "Əslində biz əcdadlarımızın genlərini yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik”.
Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər.
Tədqiqatçı Reuters-ə araşdırma haqqında deyib: "Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə, 1 milyon il əvvəl yaşayıblar”.
Ayşən