İstanbulda "Reina" gecə klubunda törədilən terror aktı nəticəsində ölən 39 nəfərdən 38-nin şəxsiyyəti müəyyənləşib.
Onlardan biri də 25 yaşlı liviyalı Elias Vardinidir. O, Yeni il gecəsi nişanlısı Melisa Papalurdu ilə həmin klubda olub.
Liviya televiziyasının verdiyi məlumata görə, Elias yaralı halda suya tullansa da, həyatını xilas etmək mümkün olmayıb. Onun nişanlısı Melisa isə hücum nəticəsində yaralanıb. Melisa hazırda xəstəxanada müalicə olunur.
Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.(milli.az)