Yeni il günü Bakıda bomba həyəcanı yaşadan şəxs dəlixanaya göndərildi

Yeni il günü Bakıda bomba həyəcanı yaşadan şəxs dəlixanaya göndərildi
SOSİAL
15:14 29.03.2018
4620
Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 25 yaşlı Elmar Qasımovun məhkəmə davam edib.

AZXEBER.COM-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının hökmünə əsasən, Elmar Qasımov 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi xarakterli tibbi müayinə keçəcək.

Qeyd edək ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
OXŞAR XƏBƏRLƏR