21:22 Bazar Günü, 08 Dekabr 2019
SOSİAL

Yeni ildə 7 gün iş olmayacaq

21:48, 02.12.20193787
Yeni ildə 7 gün iş olmayacaq
Nazirlər Kabineti "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar verib.
 
AZXEBER.COM-un məlumatına görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1, 2 yanvar Yeni il bayramıdır. Gələn il 4, 5 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə, ölkədə 31 dekabr 2019-cu il - 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.
XƏBƏR LENTİ