Yeni ilin ilk günü küçələrdə 9 koronavirus xəstəsi tapıldı

Yeni ilin ilk günü küçələrdə 9 koronavirus xəstəsi tapıldı
SOSİAL
10:16 02.01.2021
521
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlardan 8-i yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR