Yeni insan növü tapıldı: “Homo bodoensis”

MARAQLI
14:52 02.11.2021
1296
Yeni insan növü tapılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, insanların ən böyük əcdadı sayıla biləcək yeni insan növü tapılıb.

Efiopiyanın Avaş çayı vadisində Homo Sapines və Neandertallarla eyni dövrdə yaşadığı düşünülən yeni insan növü tapılıb.
 
"Journal of Evolutionary Anthropology”də dərc edilən araşdırmada tədqiqatçılar Afrikada təxminən 500 min il əvvəl yaşamış bir insan növünün "Homo bodoensis” adlandırıldığını açıqlayıblar. Bu növ insanların ən böyük əcdadı ola bilər.

Tədqiqatın müəlliflərindən biri, Kanadanın Vinniped universitetindən Dr. Mirjana Roksandiç bildirib ki, insan coğrafi variasiyaları üçün düzgün terminologiyanın olmaması səbəbindən bu dövrdə insanın təkamülü haqqında danışmaq mümkün deyil.

Bildirilir ki, Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının ad dəyişikliyi ilə bağlı sərt qaydalarına görə, yeni növə ad vermək asan deyil.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR