Astronomlar tərəfindən yeni kəşf edilən 2024 BJ asteroidi sabah Aya olan orta məsafədən daha yaxın bir məsafəyə çatacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, astronomlar tərəfindən yeni kəşf edilən 2024 BJ asteroidi Yerə yaxınlaşır.
Təyyarə böyüklüyündə asteroidin Yerdən 354 min kilometr uzaqdan keçəcəyi anları Virtual Teleskop Layihəsinin canlı yayımında izləmək olar.
NASA-nın məlumatına görə, uçan kosmik qaya 21:30-da Yerə ən yaxın nöqtəsinə çatacaq. Bu məsafə Yerin Aydan orta məsafəsindən daha yaxın olacaq.
Ayşən