"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır"

"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır"
SOSİAL
17:20 11.10.2021
464
Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Yeni klinikadan AZXEBER.COM-a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır" - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.
OXŞAR XƏBƏRLƏR