İlqar Mustafayevə yeni vəzifə verildi

İlqar Mustafayevə yeni vəzifə verildi
SOSİAL
16:28 06.01.2023
3347
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə AZXEBER.COM-a TƏBİB-dən məlumat verilib. 

Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, İlqar Mustafayev "Yeni klinika” tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, 2015-2019-cu illərdə "German” Hospitalda baş direktor,  2021-2023-cü illərdə isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində inzibati işlər üzrə müavin vəzifələrində çalışıb.
OXŞAR XƏBƏRLƏR