Astananın adı Nursultan oldu - Parlament təklifi qəbul etdi

Astananın adı Nursultan oldu - Parlament təklifi qəbul etdi
DÜNYA
14:34 20.03.2019
9666
Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, ölkə paytaxtı Astana Nursultan Nazarbayevin adını daşımalıdır. 

AZXEBER.COM xəbər verir ki, qərar parlament tərəfindən qəbul edilib. Asiya ölkəsinin paytaxtı bundan sonra ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlanacaq. 

Bununla bağlı Qazaxıstan parlamentinin hər iki palatası Konstitusiyaya dəyişikliyi təsdiqləyib. Parlamentin sədri Nurlan Niqmatulin deyib ki, Qazaxıstan prezidenti referendum keçirilmədən paytaxtın adının dəyişdirilməsi barədə təklifi parlamentə təqdim edib. Paytaxtın Nurlustan adlandırılması barədə yekun qərarı isə Konstitusiya Şurası qəbul edəcək. Daha sonra sənədi Qazaxıstan prezidenti imzalamalıdır.
 
OXŞAR XƏBƏRLƏR