"Google"nin süni intellekti Bard artıq fotolarda istifadə edilir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir neçə həftə ərzində 180-dən çox ölkədə gözləmə siyahısı olmadan pulsuz istifadə ediləcək süni intellekt Bard-a yeni xüsusiyyətlər gəlib.
"Google" tərəfindən ChatGPT-ə alternativ olaraq buraxılan süni intellekt tətbiqi Bard vizual dəstəyə malikdir. Bundan sonra Bard internetdən istənilən fotoya baxa biləcək. Bard göstərdiyi görüntülərin mənbəyini mütləq göstərəcək.
Hər bir şəkilin qısa təsviri də olacaq. Ətraflı öyrənmək istəyənlər şəklin üzərinə klikləyə biləcək.
Qeyd edək ki, indiyə qədər həm ChatGPT, həm də Bard mesaja yalnız mətnlə cavab verirdi. Həmçinin ChatGPT-dən şəkil göstərməyi xahiş edə bilərsiniz, lakin ChatGPT sizə şəkilə keçid verə bilər. Digər tərəfdən, Microsoft Bing Chat ilə inteqrasiya olunmuş GPT-4 artıq şəkillərlə cavab verə bilirdi.
Mikayıl