Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO

Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
SOSİAL
00:33 24.08.2026
749
Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Bu səbəbdən də valideynlər övladladları üçün məktəbli paltarlarını indidən almağa başlayıblar.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, şagirdin 1 dəst həm payız, həm də yaz geyimi təxminən 67 manata başa gəlir.

Qısaqol köynəklər 12 manat, uzunqol köynəklər isə 14 manatdır. Jaketlər isə nazik, qalın və kapüşonlu olaraq 3 cür olur. Qiymətləri isə müvafiq olaraq 20, 22, 25 manatdır.

Etibar Əzimovun sözlərinə görə, bəzi valideynlər məktəb alış-verişlərini son günlərə saxladığı üçün mağazalarda böyük izdiham yaşanır. Ona görə də tövsiyə edilir ki, valideynlər vaxtında məktəbli formalarını əldə etsinlər.

Qeyd edək ki, sentyabr ayının 15-i təhsil müəssisələrində yeni tədris ili başlayacaq.

OXŞAR XƏBƏRLƏR