Yeni təhlükəli ştamla bağlı vətəndaşlara ÇAĞIRIŞ

SOSİAL
18:37 29.11.2021
675
"Koronavirusun yeni "Omikron” ştammı ilə bağlı hazırda təşvişə ehtiyac görünmür. Çünki daha əvvəl də "Delta”, "Delta plus”, "Alfa”, "Beta” kimi mutasiyaya uğramış variantları ilə tanış olmuşuq. Heç bir mutasiyaya uğramış variantda öldürücülük və yoluxuculuq faizi (delta ştammı istisna olmaqla) ciddi bir fərqlənmə hiss olunmayıb, yüksək deyil”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Report”a açıqlamasında Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

O, yeni ştammın dəqiq simptomları barədə fikir bildirməyin hələ tez olduğunu bildirib: "Klinik gedişatla əlaqədar araşdırmalar hələ yetərsizdir. Lakin yeni növün daha sürətlə yayılması ilə bağlı ön fikirlər var. Yoluxduruculuq indeksilə əlaqədar araşdırmalar başa çatmasa da, yoluxma sayında olan sıçrayışlar, sürətli artım rəqəmləri ştammın daha yoluxdurucu olduğuna şübhə yaratsa da, elmi olaraq sübut edilməyib”.

Hazırkı vaksinlərin yeni mutasiyaya qarşı effektli olmasına münasibət bildirən Mərkəzin baş infeksionisti əlavə edib ki, hər bir peyvənd insanları ağır xəstəlik hallarından və ölümdən 90 faiz qoruyur: "Bu qoruyuculuq "Omikron” ştammına da aid edilə bilər”.

Qeyd edək ki, mütəxəssislər yeni ştammın simptomlarını güclü yorğunluq, sürətli ürək döyüntüsü, yüksək hərarət kimi qiymətləndiriblər. Yeni ştamm özündə 32 mutasiyanı birləşdirir və bu səbəbdən təhlükəli sayılır.

OXŞAR XƏBƏRLƏR