Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE
SİYASƏT
14:47 05.02.2019
7324
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahov bundan əvvəl Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb.

AZXEBER.COM xəbər verir ki, E.Salahovun bundan öncəki vəzifəsi isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub. G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini əvəz edirdi.

Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad edilib.
OXŞAR XƏBƏRLƏR