Yeni vəzifə verilən İbrahim Məmmədov ARB TV-dən ayrılıb? – AÇIQLAMA

SOSİAL
12:08 21.11.2019
10556
Nazirlər Kabinetinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan İbrahim Məmmədov, təyinatdan öncə "ARB Media Qrup”da rəhbər vəzifədə çalışır və eyni zamanda analitik verilişin aparıcısı idi.
 
Bəs bu yeni təyinatdan sonra onun telekanalla əməkdaşlığı davam edəcəkmi?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli, ilk olaraq, İbrahim müəllimi Baş Nazirin sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunması münasibəti bütün ARB kollektivi adından təbrik edib: "Ona yeni işində uğurlar arzulayırıq. Bu həmkarımıza göstərilən yüksək etimaddır və biz də əminik ki, İbrahim Məmmədov bu işin öhdəsində də uğurla gələcək.
 
"ARB Media Qrup”dakı fəaliyyətə gəlincə bildirmək istəyirik ki, İbrahim müəllim telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq. "ARB Media Qrup”da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə "ARB TV” və "ARB24”də aparıcı kimi fəaliyyət göstərir.
 
İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 06.07.2020

Koronavirus legioner həyatı yaşayan milli üzvlərimizə çətinlik yaradıb

23:44 06.07.2020

Bakıda yayılan kəskin qoxunun səbəbi açıqlandı - RƏSMİ

23:33 06.07.2020

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu

23:11 06.07.2020

İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"

22:50 06.07.2020

Millimizin üzvü AFFA-nın dəstəyindən danışdı: "Karyeramda yeni bir səhifə açmağa hazırlaşırdım"

22:47 06.07.2020

Prezident: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir"

22:27 06.07.2020

Dövlət başçısı: "Hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik"

22:19 06.07.2020

Prezident: "Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir"

22:05 06.07.2020

"Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"

21:45 06.07.2020

Azərbaycan Prezidenti: "Əlavə xəstəxanalara ehtiyac olacaq"

21:31 06.07.2020

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

21:27 06.07.2020

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

21:22 06.07.2020

“Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir” - Prezident “Fairmont”dan danışdı

20:36 06.07.2020

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”