Astronomlar yeni yaranan ulduzun fotolarını çəkməyi bacarıblar.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "HH30” adlandırılan ulduz ilk dəfə "Hubble” kosmik teleskopu vasitəsilə kəşf olunub, ancaq onun fotoları "James Webb” kosmik teleskopu vasitəsilə qeydə alınıb.
Fotoda qaz və toz hissəciklərinin konusvari axını əksini tapıb.
Qeyd edək ki, "James Webb” kosmik teleskopu Yerdən təqribən 1,5 milyon kilometr uzaqlıqda Günəş ətrafında dövr edir və kosmosda baş verən dəyişikliklər barədə mütəmadi olaraq məlumat toplayır.
Aysel