Yeni yayılan bakteriya ilə bağlı XƏBƏRDARLIQ: 151 qidada aşkar edilib

SAĞLAMLIQ
14:47 19.09.2022
995
Salmonella bakteriyası ilə bağlı xəbərdarlıq edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, şokolad məhsulları ilə əlaqəli 151 qidada salmonella aşkar edildikdən sonra dünya hərəkətə keçib.

Bu bakteriya insanlarda adətən qusma, qarın ağrısı, ishal, qızdırma kimi əlamətlərlə özünü göstərir.

İstanbul Gelişim Universiteti Qida Gigiyenası və Texnologiyası Bölümü Müəllim Prof. Dr. Mustafa Nizamlıoğlu salmonella bakteriyaları ilə bağlı valideynlərə xəbərdarlıq edib.

Açıqlamaya görə, uşaqların tez-tez yediyi qablaşdırılmış qəlyanaltı məhsullarında aşkarlanan salmonella bakteriyası hər il minlərlə insan itkisinə və iqtisadi itkilərə səbəb olur.

Açıqlamada fikirlərini bildirən Nizamlıoğlu bu bakteriyanın bir yaşdan kiçik uşaqlarda daha çox görüldüyünü, simptomların 1-7 gün arasında sürdüyünü və xəstəliyin şiddətinin alınan bakteriya sayına və müqavimətə görə dəyişdiyini bildirib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR